strAçılış səhifəsi edin strSeçilmişlər siyahısına əlavə edin strLayihə haqqında strReklam strDostuna göndər strƏlaqə
ruseng
pxl
GÖyçay pxl pxl pxl pxl
goycay pxl
pxl
Xəbərlər Yerli hakimiyyət Tarix və mədəniyyət İqtisadiyyat İctimai və sosial həyat Rayonun xəritəsi
pxl
Flag
pxl
left
pxl
left
pxl
left
pxl
left
pxl
left
pxl
left
pxl
left
pxl
left
pxl
left
pxl
left
pxl
left
pxl
left
pxl
left
pxl
left
banner 140x170 px
left
left
left

bg
Göyçay rayon Təhsil Şöbəsi str

Göyçay rayon Təhsil Şöbəsi

Asif Fəzail oğlu Nəbiyev 10 yanvar 1952-ci ildə Göyçay rayonunun Çərəkə kəndində anadan olmuşdur. 1968-ci ildə Çərəkə kənd orta məktəbini bitirərək, Lenin adına APİ-a (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinə) daxil olmuşdur. 1972-ci ildə həmin universitetin riyaziyyat fakültəsini eyni adlı ixtisas üzrə bitirmişdir. Əmək fəaliyyətinə həmin ildə Çərəkə kənd orta məktəbində riyaziyyat müəllimi kimi başlamış Asif Nəbiyev 1974-75-ci illərdə hərbi xidmətdə olmuş, 1976-cı ildə Çərəkə kənd əsas məktəbinin direktoru təyin olunmuşdur. Bu vəzifədə 1992-ci ilədək çalışmış, həmin ildə RTŞ-nın Metodiki Mərkəzinin direktoru təyin olunub. 1994-cü ildən bu günədək RTŞ müdiri vəzifəsində çalışır. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 04 oktyabr 2010-cu il tarixli sərəncamı ilə "Əməkdar müəllim" adına layiq görülüb. Ailəlidir, bir övladı var.

Göyçay rayon Təhsil Şöbəsi 57 ümümtəhsil məktəbini (10 şəhər və 47 kənd məktəbləri) əhatə edir. Bu təhsil müəssisələrindən 4-ü ibtidai, 13-ü əsas, 40-ı orta məktəbdir. Şəhərdə fəaliyyət göstərən 10 məktəbdən biri İnternat orta məktəbdir.

Rayon Təhsil Şöbəsinin nəzdində həmçinin 5 məktəbdənkənar təhsil müəssisəsi - Uşaq Gənclər Şahmat Məktəbi, Uşaq Gənclər İdman Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Ekoloji Tərbiyə Mərkəzi rayon məktəblilərinə xidmət göstərir. Bu sadalananlardan əlavə şöbənin Metodiki Kabinetinin nəzdində Filmoteka fəalyyiət göstərir.

Rayonda həmçinin 13 şəhərdə və 22 kənd bölgələrində olmaqla, 35 məktəbəqədər tərbiyə müəsisəsi fəaliyyət göstərir. Rayon Təhsil Şöbəsində 5 məsləhətçi, Metodiki Kabinet müdüri və 11 metodist (o cümlədən 1 filologiya elimləri namizədi) çalışır.

Son beş ildə rayonda 216 yerlik Qaraman kənd və 320 yerlik Bığır kənd orta məktəblərində əlavə sinif otaqları istifadəyə verilmişdir. Yaponiya hökümətinin qrantı hesabına Alpout kəndində yeni məktəb tikilmişdir. Hazırda 192 yerlik Göyçay şəhər 8 saylı əsas məktəbin yeni binasının tikintisi davam etdirilir.

2004-cü ildə rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 220 nəfər ali məktəblərə, 47 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Məzunlar sırasında ən yüksək nəticəni şəhər 5 saylı orta məktəbin məzunu Səbinə Sultanova göstərmiş, 645,358 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə qəbul olmuşdur.

Ünvan: AZ2300, Azərbaycan Respublikası,
Göyçay şəh.,
N.Nərimanov kuc., 19
Tel. +994 (020 27 ) 4 32 45
Fax: +994 (020 27) 4 32 45
  mob: +994 (050) 366 18 66


bg
pxl
mej
pxl
Müsahib str

Xəlil Orucov, Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılmış xüsusi işçi qrupları tərəfindən bu yaxınlarda kollecin 9 buraxılış qrupunda aparılmış attestasiyanın nəticələri yüksək göstəricilərlə müşaiyət olunmuşdur.

more

Aktual mövzu str

Müstəqil Azərbaycan: tarixi reallıq və müasir inkişaf yolu

Qədim yunan alimlərindən birinin türk xalqları, türk milləti haqqında bir deyimi var. Həmin alim türk millətini tarixin bayraqdarı adlandırır. Bütöv bir tarixi öz arxasınca aparan bir millət. O tarixi ki, azadlıq mücadilələri, müstəqillik uğrunda aparılan mübarizələrlə, bu mübarizələrdə göstərilən qəhrəmanlıqlarla, qazanılan möhtəşəm uğurlarla zəngindir.
ətraflİ

left
pxl
left
banner 140x95 px
left
Hava proqnozu str
hava haqqında

Sayt Göyçay rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2005-cü ildə yaradılmışdır
pxl